10 ildən artıq təcrübəsi ilə “Baku Tent” markası rəsmi patentli brend olaraq Azərbaycanda və regionda tent və çadır sistemlərinin istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Məqsədimiz — istənilən növ tent və çadır tələblərini keyfiyyətli, funksional və uzunömürlü həllərlə qarşılamaqdır.

Bizim məhsul çeşidimizə mafsallı tentlər, sabit sistemlər, T-model tentlər, relsli tentlər, kamaz və TIR çadırları, turistik çadırlar, çadır aksesuarları və digər modellər daxildir. Geniş stok imkanlarımız sayəsində müştərilərimizin sifarişlərini vaxtında və tam təmin etməyə nail oluruq.

“Baku Tent” olaraq biz həm Avropa, həm də Asiya ölkələrinin aparıcı istehsalçılarından gətirilən sertifikatlı və keyfiyyətli məhsulları təqdim edirik. Hər bir layihəmizdə etibarlılıq, peşəkarlıq və innovasiya prinsiplərini rəhbər tutaraq, şirkətimizin adına layiq imza atırıq.